Menim övladım…

12654204_1123594161007455_2504940847010853446_n

Bugün- 5 fevral tarixində Hollandiya səfirliyinin dəstəyi ilə, Azad LGBT və Nəfəs LGBT birlikdə əməyi və Bakının 7 rəngi-nin sosial dəstəyi ilə Benim Çoçuğum adlı sənədli filmin təqdimatı baş tutub. Filmə gələ bilməyənlər üçün öz təəssüratlarımı qısaca bildirmək istəyirəm. Bu film gecəsinin təşkilatı məsələləri ilə bağlı çox danışmaq olar. Həm məkan, həm səfirliyin və təşkilatın nümayəndələri həqiqətən çox canla-başla çalışmışdılar. Fleyrlər hazırlanmış, pop corn və içkilər təşkil edilmiş və sözün əsl mənasında səmimi mühit yaratmışdılar. Filmdən əvvəl, səfir çıxışında öz fikirlərini, dəstəyini bildirdi və daha sonra mərhum İsa Şahmarlının iştirakı ilə hazırlanmış «Ğ» qısametrajlı filmi göstərildi.  Lakin, bu gecəni xüsusi edən nə film idi, nə məkan , nə də sadaladığım məsələlər. Bu gecəni xüsusi edən iştirakçılar idi. Çünki, həqiqətən maraq böyük idi və iştirakçı sayı da kifayət qədər idi. Yadımdadır, İsa Şahmarlını 2 il əvvəl Milk filmini izləmək üçün getdiyimdə tanımışdım. İnsanlar çəkinərək gəlmişdi və qatılanların əksəriyyəti heteroseksual idi. Bugün isə 2 il ərzində baş verən dəyişiklik əslində özlüyündə başqalarına kiçik gəlsə də kifayət qədər təsirlidir. Cinsi orientasiyasından asılı olmayaraq, heçkim bir-birini sorğulamadan bugün hərkəs bir məqsədlə getmişdi… Valideynlərin öz təcrübələrini danışdıqları sənədli filmi izləməyə….

fft99_mf3417205.Jpeg

Amma bir şey çatışmırdı orada ailə üzvləri, əsas da valideynlər yox idi. Bu isə LGBT fərdlərinin üzərinə düşür. Bugün mən bacımla gəlmişdim və qıcıqlanma, təhqiretmə, kiçik görmə deyə heçbir reaksiyası olmadı. Filmi izlədi, dostlarımla tanış oldu və çox xoş təəssüratlarla ayrıldıq ordan. Sadəcə bir addım atsaz, ailənizdən qaçmaqdansa, səbrlə qəbullanmaqlarını gözləsəz əslində zamanla hər şey düzəlir, hətta münasibətlər daha səmimi hal alır. Gələn dəfə bir heteroseksual dostunuzu, ailə üzvünüzü gətirməyə çalışın. Sizə dəyər verən dostdursa sizin cinsi orientasiyanız onu narahat etməyəcək, əgər sizi bilən ailə üzvüdürsə bir şeyi unutmayın siz onları sevdiyiniz müddətcə onlar da sizdən vazkeçməyəcəklər. Rahat yaşamaq istəyirsiz? Ailənizdən qaçmayın, artıq etiraf etmisizsə onları qazanın və unutmayın daim mental dəyərlərlə böyüdülmüş valideynləriniz üçün də çətindir qəbuletmə mərhələsi. Çalışın bu mərhələdə qopmayın bir-birinizdən. Əgər etiraf etmemisinizsə siz artıq yavaş-yavaş LGBT haqqında maarifləndirin valideynlərinizi. Bu haqda daha ətraflı başqa bir yazımda danışacam.

Valideynlərə isə filmdən diqqətimi çəkən sitatlarla qısaca fikrimi bildirmək istəyirəm. Filmdə bir transeksual qadın anası deyir : «Ya övladımı seçməli idim, ya da camaatı və mən övladımı seçdim». Digər bir lezbiyan atası bildirir: «Övladımızı qucağımıza aldığımızda bizə oğlan ya da qızdır deyirlər. Övladım qızsa oğlan, oğlansa qız olar. Amma o mənim övladımdır əsas olan budur». Filmdə valideyn dəstək təşkilatında çıxış edən psixoloq bildirir: sizin heteroseksual olduğunuzu var sayaq, və hər biriniz gözünüzü bağlayıb düşünün. Hansı cinslə birlikdə olmaq istərdiz? Əlbəttə, qarşı cins…Sizcə bunu dəyişə bilərsiz? Xeyr. Övladlarınızda bunu dəyişə bilməz və sizin kimi onlar da özlərini baxça və ya ilk məktəb illərində kəşf edirlər. Çünki cinsi orientasiya əslində 3-4 yaşlarında formalaşır.

Son olaraq, bugünün təşkilində əməyi keçən hərkəsə minnətdarlığımı bildirirəm və iştirakçılara da birlik , mehribanlıq yaradın deyirəm. Hetero, homo və ya transseksual olmağın  bir önəmi yoxdur , çünki bizi insan edən  hörmət, sevgi və mərhəmət hisslərini daşımaqdır. Hər birinizi sevirəm…

Реклама

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s